Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

BFB əməkdaşları Bakının Balaxanı qəsəbəsində “ağac əkmə” aksiyasında iştirak etmişlər

Korporativ xəbərlər

15 aprel 2017-ci il tarixdə “Bakı Fond Birjası” QSC-nin təşəbbüsü və həyata keçirdiyi korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Bakının Balaxanı qəsəbəsində “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə “ağac əkmə” aksiyası təşkil edilmişdir.

İlk olaraq, “Təmiz Şəhər” ASC-nin əməkdaşları bu təşəbbüsü yüksək qiymətləndirmiş, şirkətin fəaliyyəti barədə geniş məlumat vermiş və  ətraf mühitin mühafizəsi sahəsində  gördükləri işlərdən danışmışlar. BFB-nın İdarə Heyətinin sədri v.i.e. cənab  V.Namazov öz növbəsində “Təmiz Şəhər” ASC rəhbərliyinə yaradılmış imkana görə minnətdarlığını bildirmiş və bu qəbildən olan sosial məsuliyyət layihələrinin BFB-də davamlı hal alacağına inandığını qeyd etmişdir.

Daha sonra aksiyada iştirak edən BFB əməkdaşları “Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi” zavodunun ərazisində 30-dan çox ağac əkmiş və onlara qullu q etmişdir.

Qeyd edək ki, bu aksiya ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, yaşıllıqların artırılması, ərazilərin gözəlləşməsi istiqamətində dövlət tərəfindən keçirilən tədbirlərə BFB-nin kiçik bir tövhəsidir.