Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

BFB-nin İdarə Heyətinin Sədri Böyük Britaniyanın London şəhərində səfərdədir

Korporativ xəbərlər

23 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasının İdarə Heyətinin Sədri Vüqar Namazov

Böyük Britaniyanın London şəhərinə səfər etmişdir.

Səfər zamanı London Fond Birjası ilə qarşılıqlı əlaqələrin yaradılması  və inkişaf etdirilməsi, birja fəaliyyətinin effektiv və dayanıqlılığının təmin edilməsi istiqamətində birgə təcrübənin bölüşdürülməsi, listinqin inkişaf etdirilməsi, yeni maliyyə alətlərinin bazara təqdim edilməsi hüquqi bazanın öyrənilməsi və xarici investorların  kapital bazarlarına çıxarılması  üçün post ticarət institutları arasında  əlaqələrin qurulmasına dəstəyin göstərilməsi, eləcədə London Fond Birjasi tərəfindən həyata kecirilən “Elite” proqramranın “Listinq Məsləhət Proqramı” ilə inteqrasiyasi yollarının müəyyən edilməsi və yerli kapital bazarlarında tətbiq edilməsi ətrafında müzəkirələr aparılmişdır.