Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

BFB-nin yeni Ticarət Sistemi üzrə Birja üzvləri üçün nəzərdə tutulmuş təlimlərə start verilmişdir.

Korporativ xəbərlər

13 yanvar 2016-ci il tarixindən etibarən “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsi çərçivəsində “Kapital Bazarı İnfrastrukturunun Müasirləşdirilməsi və Avtomatlaşdırılması” komponenti üzrə əldə edilmiş vahid Ticarət, Post Ticarət və Nəzarət platforması üzrə “BFB-nin yeni Ticarət Sistemi” mövzusunda Birja üzvləri üçün nəzərdə tutulmuş təlimlərə start verilmişdir.

Təlimlər Koreya Birjasının mütəxəssisləri tərəfindən, BFB əməkdaşlarının iştirakı ilə    həyata keçirilir.

Təlimlər zamanı BFB-nin yeni ticarət sistemin funksionallığı, iş prinsipi, yeni ticarət imkanları, eyni zmanada BFB-də ticarət əməliyyatlarında iştirak üçün nəzərədə tutulmuş xüsusi proqram təminatında iş qaydalarının tədrisi nəzrədə tutulmuşdur.

Təlimlər ümumi tanışlıq və praktiki məşğələlər daxil olmaqla 13-15 yanvar tarixlərində keçiriləcəkdir. Daha sonra təlimlər Birja üzvlərinin bilavasitə iş yerlərindən davam etdiriləcəkdir.

Qeyd edək ki, bu tədbir “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsi çərçivəsində “Kapital Bazarı İnfrastrukturunun Müasirləşdirilməsi və Avtomatlaşdırılması” komponenti üzrə əldə edilmiş vahid Ticarət, Post Ticarət və Nəzarət platformaları üzrə ötən ilin dekabr ayında başlanılmış sınaq işləri və istifadəçi təlimləri çərçivəsində təşkil edilmişdir.

Layihənin 2016-cı ilin fevral ayına qədər davam edəcək bu mərhələsi ərzində QKDK, Milli Depozit Mərkəzi və Bakı Fond Birjasının mütəxəssisləri ilə birlikdə proqram təminatının sınaq işləri, eyni zamanda Koreya Birjasının əməkdaşları tərəfindən sistemlər üzər yerli mütəxəssislərə istifadəçi təlimləri keçiriləcəkdir.

Qeyd edək ki, qiymətli kağızlarlarla vahid Ticarət, Post Ticarət və Nəzarət sisteminin 2016-cı ilin birinci yarısında istifadəyə veriləcəyi planlaşdırılmışdır.

DSC00619DSC00647

DSC00640DSC00626