Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

BFB tərəfindən ADİU-da “Birja Simulyatoru”nun işləmə qaydasına dair təlim keçirilmişdir

Korporativ xəbərlər

06 noyabr 2015-ci il tarixdə “Bakı Fond Birjası” QSC tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən Maliyyə Laboratoriyasında adı çəkilən universitetin bir qrup ixtisaslaşmış müəllimi üçün “Elektron Birja Simulyatoru”nun işləmə qaydasına dair təlim keçirilmişdir.

Qeyd edək ki, BFB tərəfindən hazırlanmış açıq rejimdə fond birjasında ticarət əməliyyatlarını simulyasiya edən avtonom, çox-istifadəçili real bazar prinsipləri əsaslı, Azərbaycanda ilk elektron biznes-oyun – “Elektron Birja Simulyatoru” Laboratoriyada  22 sentyabr 2015-ci il tarixdə quraşdırılmışdır. Bu platforma Təhsil sistemində innovativ və interaktiv tədris vasitəsi olmaqla, tələbələrə qiymətli kağızların kütləvi yerləşdirilməsi (IPO) və təkrar bazarının işləmə prinsiplərini öyrənmək, real maliyyə barlarında ticarət əməliyyatlarında iştirak etmək, analitik qərar qəbul etmə vərdişlərini öyrənməyə imkan verir.

Bildiririk ki, qeyd edilmiş işlər Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət İqtisad Universiteti arasında imzalanmış “Təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair” Anlaşma Memorandumunu, eyni zamanda “Bakı Fond Birjası” tərəfindən reallaşdırılan “BFB Bilik Mübadiləsi” layihəsi çərçivəsində həyata keçirilir.

Görülmüş işlərin əsas məqsədi Azərbaycan iqtisadiyyatının yüksək templə davam edən inkişafına töhfə vermək, qiymətli kağızlar bazarı üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində əməkdaşlıq etməkdir.

DSC00502