Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“BOKT Embafinans” MMC BFB-də listinqə qəbul edilmişdir

Korporativ xəbərlər

3 oktyabr 2018-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BOKT Embafinans” MMC-nin qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilmişdir:

Döv. Qeyd. nömrəsi Q/k növü və forması Ticarətə buraxılan qiymətli kağızların sayı Q/k-ın ilkin ticarət qiyməti
1 AZ2001020604 Faizli təmin edilməmiş  

2 000

(ədəd)

1000 AZN

İstiqrazların yerləşdirməsi üzrə anderrayter “AzFinance İŞ” QSC-dir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.