Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“BOKT Embafinans” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Ticarət xəbərləri

8 sentyabr, 2018-ci il tarixində Bakı Fond Birjasında “BOKT Embafinans” MMC-nin  AZ2001020604  ISIN-li, 2. 000. 000 mln AZN həcmində, 1 il (365 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hər birinin nominal dəyəri 1000 (bir min) AZN olan 2.000 ədəd faizli, təminatsız, sənədsiz adlı istiqrazlar birqiymətli hərrac üsulu ilə ticarəti təşkil olunacaqdır. İstiqrazların faiz dərəcəsi illik 10.5% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq hər 1 (bir) təqvim ayından bir ödəniləcəkdir.

İstiqrazların baza emissiya prospektini Bakı Fond Birjasının veb səhifəsində “Listinqdə olan şirkətlər” bölməsindən əldə edə bilərsiniz.

Döv. Qeyd. nömrəsi Q/k növü və forması Ticarətə buraxılan qiymətli kağızların sayı Q/k-ın yerləşdirməyə başlanması və bitməsi tarixləri Q/k-ın hərrac qiyməti
1 AZ2001020604 Faizli təmin edilməmiş  

2 000

(ədəd)

 

08.10.2018

1000 AZN

İstiqrazların yerləşdirməsi üzrə anderrayter “AzFinance İŞ” QSC-dir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.