Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Mətbuata təbrik

Ticarət xəbərləri

Dəyərli mətbuat əməkdaşları,

142 il əvvəl böyük maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabinin misilsiz səyləri ilə işıq üzü görmüş “Əkinçi” qəzeti xalqa söz və qələmlə xidmət göstərməyin mükəmməl nümunəsi kimi mədəni tariximizdə silinməz izlər qoymuşdur. Zəngin tarixi və mütərəqqi ənənələrə malik Azərbaycan mətbuatı bu gün hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiyanın mühüm vasitəsi kimi səciyyələndirilir. Ölkəmizin bütün sahələrdə qazandığı uğurlarda kütləvi informasiya vasitələri mühüm rola malikdir. Dövlətin informasiya siyasəti də inkişafın Azərbaycan modelinin tərkib hissələrindən biri kimi qiymətləndirilir. Bakı Fond Birjası olaraq, bu şərəfli və məsuliyyətli vəzifədə sizlərə yeni-yeni uğurlara imza atmağa, eləcədə gələcək fəaliyyətinizdə daha böyük nailiyyətlər əldə etməyinizi diləyirik.

 

Hörmətlə,

Bakı Fond Birjasının kollektivi