Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

DOİ (AZ0105005554) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

13 iyun 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0105005554 ISIN kodlu, 728 gün tədavül müddətli, 5 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 7 investor tərəfindən 12 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 23,772,700.00 AZN təşkil etmişdir.

Sifarişlər 96.7244 AZN (17.0000%) və 101.5908 AZN (14.0600%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 100.8420 AZN (14.5000%), orta ölçülmüş qiyməti 101.0609 AZN (14.3709%) təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 14.06.2017 (t+1) tarixində həyata keçiriləcəkdir

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  5,000,000.00 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 11.06.2019-ci  ildir.