Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

DOİ (AZ0105006552) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

18 iyul 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0105006552 ISIN kodlu, 728 gün tədavül müddətli, 5 000 000 AZN həcmində ortamüddətli, faizli (15% illik) dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 9 investor tərəfindən 18 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 28,119,000.00 AZN təşkil etmişdir.

Sifarişlər 100.0043 AZN (14.9974%) və 104.3067  AZN (12.5000%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 103.4000 AZN (13.0147%), orta ölçülmüş qiyməti 103.7711 AZN (12.8033%) təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 19.07.2017 (t+1) tarixində həyata keçiriləcəkdir

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5,000,000.00 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  16.07.2019-cu  ildir.