Borc alətləri bazarı

Borc alətləri bazarı dövlət orqanları və özəl şirkətlərə müxtəlif növ borc alətləri vasitəsilə borc cəlb etməyə imkan verən bazardır. Emitentlər borc cəlb edərkən şərtləri müəyyən etməkdə sərbəstlik, investorlar isə yatırımlarından sabit gəlir almaq imkanı əldə edirlər.

  • Dövlət qiymətli kağızları barədə qısa məlumat

    Dövlət qiymətli kağızlarına Azərbaycan Resbulkiasının Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları və Azərbaycan Resbulkiasının Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar aiddir.

    Dövlət istiqrazları tədavül müddətinə görə qısamüddətli (1 ay, 3 ay, 6 ay və 1 il), orta müddətli (2 il və 3 il) və uzun müddətli (5 il və daha artıq) ola bilər. Dövlət istiqrazları dövlətin daxili borclanma aləti olmaqla, büdcə kəsrinin maliyyələşməsi məqsədi ilə buraxılır.

    Mərkəzi bankın notları adətən 28 günlük (4 həftə) müddətə buraxılır və təyinatına görə pul kükləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə olunur. Buraxılış xüsusiyyətlərinə görə notlar istiqrazlarla eyni kateqoriyaya aid edilir.

    İstiqraz - emitentin istiqraz sahiblərinə borclu olduğunu və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc adlı sənədsiz investisiya qiymətli kağızdır.

    İstiqrazlar üzrə gəlirlər buraxılışın növündən asılı olaraq faiz (kupon), diskont və qarışıq (həm faiz, həm də diskont) formada investorlara ödənilə bilər. Bir qayda olaraq qısa müddətli istiqrazlar əsasən diskontlu orta və uzun müddətli istiqrazlar isə faizli buraxılır.

    Qanunvericiliyə əsasən istiqrazlar yalnız sənədsiz adlı formada buraxılır.

    BFB-də dövlət istiqrazların və Mərkəzi Bankın notlarının yerləşdirilməsi və təkrar bazar əməliyyatları təşkil olunur.

    BFB-də qiymətli kağızların əldə edilməsi və BFB tərəfindən təşkil edilmiş bazarlarda iştirak birja üzvləri vasitəsi ilə həyata keçirilir. Bunun üçün arzu edilən birja üzvünə müraciət etmək gərəklidir.

    Dövlət istiqrazlarının və Mərkəzi Bankın notlarının BFB-də ticarətinin təşkili barədə daha ətraflı məlumatı aşağıdakı keçidlərdə və ya bizimlə əlaqə saxlayaraq əldə etmək olar.