Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

DQİ (AZ0102006548) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

18 aprel 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102006548 ISIN kodlu, 182 gün tədavül müddətli, 20 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 6 investor tərəfindən 13 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 41,430,800.00 AZN təşkil etmişdir.

Sifarişlər 90.9771 AZN (19.9999%) və 92.6490 AZN (15.9999%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 92.2253 AZN (16.9999%) orta ölçülmüş qiyməti 92.4163 AZN (16.5480%) təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 19.04.2017 (t+1) tarixində həyata keçiriləcəkdir

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  20 000 000 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  17.10.2017-cı  ildir.