Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

16 may 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102010540 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 9 investor tərəfindən 19 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 39,603,900.00 AZN təşkil etmişdir.

Sifarişlər 95.6419 AZN (18.4798%) və 96.7785 AZN (13.4998%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 96.5500 AZN (14.4916%), orta ölçülmüş qiyməti 96.7128 AZN (13.7845%) təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 17.05.2017 (t+1) tarixində həyata keçiriləcəkdir

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  10 000 000 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  15.08.2018-cı  ildir.