Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

DQİ (AZ0102011498) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

03 may 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102011498 ISIN kodlu, 91 gün tədavül müddətli, 15 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Sifarişlər 7 investor tərəfindən 14 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 44,451,100.00 AZN təşkil etmişdir.

Sifarişlər 97.6000 (gəlirlik 9.9999%) və 96.2020 (gəlirlik 16.0549%) qiymət intervalında təqdim edilmişdir.

İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 97.1320 (gəlirlik 12.0075%) orta ölçülmüş qiymət 97.2377  (gəlirlik 11.5524 %) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 04.05.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi  15 000 000  AZN məbləğində müəyyən edilmişdir.

İstiqrazların ödəmə tarixi  02 avqust 2016-cı  ildir.

İstiqrazların tədavül müddəti –  91 gündür.