Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

DQİ (AZ0102012496) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

17 may 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102012496 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Sifarişlər 6 investor tərəfindən 9 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 26,177,700.00 AZN təşkil etmişdir.

Sifarişlər 92.2449 (gəlirlik 16.9999%) və 95.9300 (gəlirlik 8.5791%) qiymət intervalında təqdim edilmişdir.

İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 93.9898 (gəlirlik 12.9303%) orta ölçülmüş qiymət 94.3604  (gəlirlik 12.0854 %) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 18.05.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi  10 000 000  AZN məbləğində müəyyən edilmişdir.

İstiqrazların ödəmə tarixi  15 noyabr 2016-cı  ildir.

İstiqrazların tədavül müddəti –  182 gündür.