Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

DQİ (AZ0102017545) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

25 iyul 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102017545 ISIN kodlu, 182 gün tədavül müddətli, 20 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 15 investor tərəfindən 31 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 78,979,200.00 təşkil etmişdir.

Sifarişlər 93.0766 AZN (15.0000%) və 96.1640 AZN (8.0441%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 95.4106 AZN (9.7000%), orta ölçülmüş qiyməti 96.0267 AZN (8.3439%) təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 26.07.2017 (t+1) tarixində həyata keçiriləcəkdir

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  20,000,000.00 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 23.01.2018-ci  ildir.