Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

DQİ (AZ0102025514) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

20 dekabr 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102025514 ISIN kodlu, 182 gün tədavül müddətli, 15 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 8 investor tərəfindən 18 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 23,960,200.00 AZN təşkil etmişdir.

Sifarişlər 90.9800 AZN (19.9928%) və 92.6718 AZN (15.9464%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91.3895 AZN (18.9996%) orta ölçülmüş qiyməti 91.6935 AZN (18.2681%)  təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 21.12.2016 (t+1) tarixində həyata keçiriləcəkdir

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  15 000 000  AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  20.06.2017-cı  ildir.

İstiqrazların tədavül müddəti –  182 gündür.