Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

DQİ (AZ0102027510) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

27 dekabr 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102027510 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 6 investor tərəfindən 10 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 18,284,400.00 AZN təşkil etmişdir.

Sifarişlər 90.9771 AZN (19.9999%) və 92.0191 AZN (17.4899%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91.4515 AZN (18.8500%) orta ölçülmüş qiyməti 91.7116  (18.2247%) təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 28.12.2016 (t+1) tarixində həyata keçiriləcəkdir

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  10 000 000  AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  27.06.2017-cı  ildir.

İstiqrazların tədavül müddəti –  182 gündür.