Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

DQİ (AZ0104001547) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

03 fevral 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104001547 ISIN kodlu, 364 gün tədavül müddətli, 15 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 9 investor tərəfindən 21 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 41,647,200.00 AZN təşkil etmişdir.

Sifarişlər 80.0900 AZN (25.1349%) və 86.3000 AZN (16.0507%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 84.4604 AZN (18.6025%) orta ölçülmüş qiyməti 84.6451  (18.3413%) təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 06.02.2016 (t+1) tarixində həyata keçiriləcəkdir

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  15 000 000  AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  02.02.2018-cı  ildir.

İstiqrazların tədavül müddəti –  364 gündür.