Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

02 may 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104009540 ISIN kodlu, 364 gün tədavül müddətli, 25 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 9 investor tərəfindən 17 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 50,255,600.00 AZN təşkil etmişdir.

Sifarişlər 83.4095 AZN (20.0000%) və 85.6110 AZN (16.9000%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 84.6220 AZN (18.2727%) orta ölçülmüş qiyməti 84.8544 AZN (17.9472%) təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 03.05.2017 (t+1) tarixində həyata keçiriləcəkdir

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  25 000 000 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  05.01.2018-cı  ildir.