TMA bazarı

Törəmə maliyyə alətləri bazarında birja ilə razılaşdırılmış valyuta cütlükləri və əmtəələr əsasında törəmə maliyyə alətləri ticarət olunur.

  • Valyuta əsaslı TMA bazarı barədə qısa məlumat

    BFB-nin təşkil etdiyi əmtəə əsaslı TMA bazarında maliyyə alətləri (CFD) üzrə alış-satış qiymətlləri (kotirovkaları) birja ilə müqavilə imzalayan market meykerlər tərəfindən təqdim edilir. Hazırda bazarın market meykeri olaraq "Invest AZ" MMC şirkəti çıxış edir.

    BFB münaqişə və ziddiyətlərdən uzaq, şəffaf hesablaşmalar və icra mexanizmi ilə bu xidməti vermək istəyən bütün təşkilatların istəklərinə cavab verir. BFB bazarda təyin etdiyi market-meyker tərəfindən öhdəliyə götürülmüş maliyyə alətləri və onların gündəlik həcmlərinin düzgün, gecikməsiz və şəffaf şəkildə icra olunmasına nəzarət edir.

    Hal-hazırda BFB-də aşağıdakı əmtəələr əasında törəmə maliyyə alətlərinin ticarəti təşkil eidlmişdir:

    - Qızıl
    - Gümüş
    - Neft

    Maraqlı tərəflər aşağıda verilmiş Ərizə-Anket formasını doldurub imzalamaqla təşkilatın səlahiyyətli şəxsi adından Bakı Fond Birjasına müraciət edə bilərlər.

Fayllar

  • Bazara qoşulmaq üçün müraciət forması
  • TMA bazarının strukturu