Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Gənc İnvestor 2017” birja ticarəti üzrə simulyasiya yarışı

Korporativ xəbərlər

29 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Bakı Fond Birjasının və Yeniliyə Doğru Gənclər Fondunun birgə təşkilatçılığı ilə “İnkişaf bi(r)likdərir” devizi altında “Gənc İnvestor 2017” birja ticarəti üzrə simulyasiya yarışı keçirilmişdir.

Yarışmada Azərbaycan Dövlət İqtisad Universitetinin,  ADA Universitetinin və  Bakı Mühəndislik Universitetinin tələbələri olmaqla 10 komanda, ümumilikdə 40 tələbə iştirak etmişdir.

Yarış şərtlərinə əsən  komandalar kapital bazarlarını təqlid edən virtual ticarət platformasında sahib olduqları portfeli idarə edərək maksimal gəlirlilik həddinə nail olmalıdırlar. Sonda ən çox dəyər qazanmış portfel sahibi qalib elan olunur.

Yarışın keçirilməsində məqsəd Azərbaycanda kapital bazarlarının təşviqi, sahiblik düşüncə tərzinin formalaşdırılması və kapital bazarlarına yönəlik gənc mütəxəssislərin hazırlanmasıdır. Təşkil olunmuş kapital bazarları simulyasiyası, tələbələr arasında komanda şəklində iş vərdişlərinin formalaşdırılması, müddət, qiymət və risk faktorları əsasında çevik qərarların qəbul edilməsi bacarıqların inkişaf etdirilməsinə tövhə verməklə nəzəri və praktiki yönümlü institutlar arasında sinerjini təmin edir.

“Gənc İnvestor 2017” birja ticarəti üzrə simulyasiya yarışının qaliblərinə müxtəlif hədiyyələr təqdim edildi və xüsusi olaraq, birinci yerin qalib komandasının üzvləri  BFB-də təcrübə proqramı qazandı.