Gənc İnvestor 2017

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Bakı Fond Birjasının, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), və Yeniliyə Doğru Gənclər Fondunun təşkilatçılığı ilə

İNKİŞAF Bİ(R)LİKDƏDİR! devizi altında kapital bazarları sahəsində birja ticarəti üzrə simulyasiya yarışı təşkil edilir.

Bu yarışda siz, 4 nəfərdən ibarət komanda şəklində iştirak edərək Bakı Fond Birjası tərəfindən təqdim edilən birja ticarəti simulyatoru vasitəsilə virtual bazarda rəqabət aparmağı və düzgün qərarların verilməsini öyrənəcəksiniz.

İştirakçılar dəyişən şərtlərə, hadisələrə, qiymətlərə çevik reaksiya verərək idarə etdiyi kapitalın artmasını təmin etməlidir.

Ən yüksək nəticə göstərərək siz, nəinki qalib olacaqsınız, habelə real maliyyə bazarında ticarətin aparılması qaydalarını öyrənəcəksiniz!

Yarışda iştirak etmək istəyənlər 22 noyabr 2017-ci il tarixinədək öz CV-lərini və yarışda iştirak hədəflərini əhatə edən niyyət məktublarını education@bse.az elektron poçt ünvanına göndərə bilər.