Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

IFC-nin dəstəyi və Bakı Fond Birjası təşkilatçılığı ilə növbəti birja açılış zəngi gender bərabərliyi barədə məlumatlılığın artırılmasına həsr edilmişdir

Ticarət xəbərləri

 

 

Bakı, Azərbaycan, 9 mart 2017-ci il — Dünya Bankı Qrupunun üzvü olan IFC (Beynəlxalq Maliyyə Korporasiyası) və Bakı Fond Birjası, dünyanın 40-dan çox fond birjasına qoşularaq “Gender bərabərliyi naminə zəng” təşəbbüsünə dəstək verməklə gender bərabərliyinin özəl sektorda artım və dayanıqlı inkişaf baxımından önəmini vurğulayırlar.

 

Bakı Fond Birjası tədbirində iştirak etmiş 60-dan çox özəl şirkətlər, hökumət və beynəlxalq inkişaf təşkilatları nümayəndələri qadınların səlahiyyətləndirilməsi necə məhsuldarlığı yüksəldə, əlavə müştəriləri cəlb edə, özəl şirkətlərin maliyyə vəziyyətini yaxşılaşdıra və, nəticə etibarilə, ÜDM-i necə artıra bilər mövzuları ətrafında müzakirə apardılar.

 

“Tədqiqatlara görə, insan – istər kişi, istər qadın olsun, – iş yerində özünəməxsus üstünlüklərə malikdir,” – Bakı Fond Birjasının İdarə Heyətinin sədrinin səlahiyyətlərini i.e.Vüqar Namazov söylədi. – “Məqsədimiz ən qiymətli ehtiyatımızı – insan kapitalını – düzgün istifadə edib tarazlaşdırmaq, habelə qadınların özəl sektor və qərarvermə prosesləri üçün əhəmiyyətini nümayiş etdirməkdir.”

 

BMT-nin Dayanıqlı Fond Birjaları təşəbbüsünün son hesabatına görə, qadın mülkiyyətində olan kiçik müəssisələr, maliyyə xidmətləri ilə daha yaxşı əhatə olunduğu halda, qlobal iqtisadiyyata təqribən 285 milyard ABŞ dolları əlavə dəyər verə bilərlər. 2025-ci ilə qədər cinslər arasında qeyri-bərabərlik aradan qaldırılsa, dünya iqtisadiyyatı, yəni bütün xalqlar və cəmiyyətlər, 28 trilyon dollar daha varlı ola bilər.

 

“Gender fərqinin azaldılması şirkətlərə maliyyə göstəricilərini və investor əminliyini artırmağa kömək edə bilər. Beləliklə, gender bərabərliyi həmçinin iqtisadi ehtiyacdır,” – deyərək IFC-nin Azərbaycandakı Daimi Nümayəndəsi Aliyə Əzimova qeyd etdi. – “Araşdırmalar göstərir ki, şirkətlərin rəhbərliyində qadınların iştirakı və yaxşı korporativ idarəçilik arasında birbaşa əlaqə var. Hazırda IFC inkişafda olan ölkələrdə (o cümlədən Azərbaycanda) idarə heyətlərində gender müxtəlifliyini dəstəkləmək məqsədilə potensialın gücləndirilməsi, maarifləndirmə və ictimai müzakirənin genişləndirilməsi üçün çalışır.”

 

Artıq üçüncü dəfə Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilən qlobal “ birja açılış zəngi” tədbiri IFC və Dayanıqlı Fond Birjası Təşəbbüsü tərəfindən, BMT-nin Qlobal Saziş təşkilatı, BMT-nin Qadınlar Qurumu, Fond Birjalarında Qadınlar TəşəbbüsüDünya Birjaları Federasiyası ilə birgə təşkil olunur. Məqsəd gender bərabərliyi və dayanıqlı inkişafın təmin edilməsində özəl sektorun rolunu vurğulamaqdır.

 

Bakıdakı tədbir IFC-nin Avropa və Mərkəzi Asiyada Korporativ İdarəetmə Proqramı tərəfindən dəstəklənir və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilir.

 

Azərbaycan 1995-ci ildən etibarən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycanda maliyyə xidmətləri, infrastruktur və sənaye sahələrində icra edilmiş 56 uzun-müddətli layihəyə 473 milyon ABŞ dollarından çox yatırımlar etmiş və bu məbləğdən 73 milyon ABŞ dollarına yaxın maliyyəni digər kreditorlardan cəlb etmişdir. Bundan əlavə, IFC ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə 80 milyon dollar civarında ticarət dövriyyəsini dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinə 250 milyon dollar ayırıb. IFC həmçinin özəl bölmənin inkişafını təşviq etmək məqsədilə bir sıra məsləhət xidmətləri layihələri icra edib.

 

IFC haqqında

IFC, Dünya Bankı Qrupunun üzvü olaraq, dünyada özəl sektorun inkişafını hədəfləyən ən iri inkişaf təşkilatıdır. Biz 2000-dən çox özəl müəssisə ilə işləyərək, 60 illik təcrübəmizdən yararlanaraq, buna ən çox ehtiyac duyulan yerlərdə yeni imkanlar açırıq. 2016-cı maliyyə ilində inkişafda olan ölkələrdə uzun-müddətli sərmayələrimizi az qala 19 milyard ABŞ dollarına yüksəldərək, biz kapital, təcrübə və təsirimizdən istifadə edib özəl bölməyə ifrat yoxsulluğu aradan qaldırmağa və müştərək rifahı artırmağa kömək edirik. Daha ətraflı məlumat üçün internet saytımızla tanış olun: www.ifc.org.

 

Bizi izləyin

www.facebook.com/IFCwbg
www.twitter.com/IFC_org
www.youtube.com/IFCvideocasts

www.ifc.org/SocialMediaIndex

www.instagram.com\ifc_org

 

SECO haqqında daha ətraflı məlumat əldə etmək üçün www.seco-cooperation.admin.ch saytına daxil olun.

Bakı Fond Birjası haqqında

Bakı Fond Birjası Qapalı səhmdar cəmiyyəti formasında yaradılmış kommersiya təşkilatıdır və 2000-ci ildə təsis edilmişdir. BFB qiymətli kağızlar bazarının yeganə mütəşəkkil ticarət təşkilatçısıdır. Hazırda BFB-nin İstanbul Fond Birjası da olmaqla 20 səhmdarı və 6 aktiv birja üzvü vardır. BFB-də Dövlət qiymətli kağızlarının (AR Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazları (DQİ) və AR Mərkəzi Bankının Notları) və korporativ qiymətli kağızların ilkin və təkrar bazarı üzrə ticarəti, o cümlədən törəmə maliyyə üzrə ticarət əməliyyatları icra edilir.

Qeyd edək ki, birjalarda zəng mərasimi adətən gündəlik ticarətin başlanmasını simvolizə edir və xüsusi hallarda mühüm hadisələrin bir daha vurğulanmasına həsr olunur.

 

Daha ətraflı:

www.bfb.az

https://www.facebook.com/BakuStockExchange/

www.youtube.com/c/BakuStockExchangeCJSC

www.twitter.com/BakiFondBirjasi