Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Kapital bazarları haqda Azərbaycan dilində ilk maarifləndirici video-çarxlar hazırlanmışdır

Korporativ xəbərlər

Bakı Fond Birjası tərəfindən həyata keçirilən “Listinq Məsləhət Proqramı”“Bilik mübadiləsi” layihəsi çərçivəsində, kapital bazarları üzrə Azərbaycan dilində ilk maarifləndirici video-çarxlar hazırlanmışdır.

Video-çarxlar animasion janrdadır və silsilə xarakteri daşıyır. Bu silsilədən olan ilk video-çarxlar son zamanlar aktuallıq qazanmış İlkin kütləvi təklif (“İPO-İlkin Kütləvi Təklif nədir?”) və istiqraz (“İstiqraz nədir?”) mövzularını əhatə edir.

Adı çəkilən mini-filmlər izləyicilərə səhm və istiqrazlar, onların müqayisəsi, səhm və istiqraz buraxmaq və ya həmin qiymətli kağızlara investisiya etmək kimi mürəkkəb mövzuları izləyicilərə daha asan dildə və vizual olaraq izah edir. Həmçinin, video-çarxlarda mövzulara dair müxtəlif terminlərin izahi da təqdim olunur. Gələcəkdə bu silsilədən olan videoların çəkilişinin davam etdirilməsi nəzərədə tutulmuşdur.

Layihənin həyata keçirilməsinin əsas məqsədi kapital bazarı üzrə təbliğatın daha da gücləndirilməsi və ictimaiyyətin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasına xidmət etməkdir. Layihə çərçivəsində qiymətli kağızlar bazarı barəsində daha bir neçə maarifləndirici video-roliklərin çəkilməsi, posterlərin və kitab-bələdçilərin hazırlanması, təhsil ocaqları ilə birgə seminarların və açıq dərslərin keçirilməsi nəzərdə tutulmuşdur.

Nəzərinizə çatdırırıq ki, Bakı Fond Birjası tərəfindən hazırlanan “İPO-İlkin Kütləvi Təklif nədir?”“İstiqraz nədir?” video-çarxlarının linkləri artıq şirkətin yenilənmiış internet səhifəsində (http://bfb.az/telim-materiallari/)və rəsmi YouTube kanalında yerləşdirimişdir :

https://www.youtube.com/watch?v=MmaKWHRsGaI

https://www.youtube.com/watch?v=BxdC_tl4AOE

Əlavə məlumat üçün:

Korporativ Kommunikasiya və Beynəlxalq Əlaqələr Şöbəsi

Tel: (99412) 4989820 (ext 126) Email: news@bse.az