Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Kapital Bazarları Həftəsi – MASTERCLASS” təlimlərinə start vermişdir

Korporativ xəbərlər

24 oktyabr 2016-cı il tarixində Bakı Fond Birjası Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) özünün “Bilik mübadiləsi proqramı” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzinin dəstəyi ilə “Kapital Bazarları Həftəsi” adı altında master-klass təlimlərinə start vermişdir.

Tədbiri açıq elan edən UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri iqtisad elmləri doktoru Əvəz Ələkbərov təlim iştirakçılarını salamlayaraq, Kapital Bazarları mövzusunda belə təlimlərin keçirilməsini yüksək qiymətləndirmiş və təşkilatçılara öz təşəkkürünü bildirmişdir. Daha sonra Bakı Fond Birjasının İdarə Heyətinin sədrinin müavini Vüqar Namazov “Kapital Bazarları Həftəsi”nin təlim mövzuları, təlim planı və təlimçilər haqqında məlumat vermiş, praktiki biliklərin universitetlərdə tədrisinin önəmliliyindən danışmışdır.

Təlimlərin məqsədi tələbələrə Kapital bazarlarına dair BFB-nin topladığı zəngin praktiki biliklərin tədris olunmasıdır. 5 gün davam edəcək master-klass təlimlərində, BFB-nin mütəxəssisləri Kapital Bazarlarına aid müxtəlif mövzularda: “Azərbaycan Kapital Bazarı”, “Kapital Bazarları alətləri və ticarətin təşkili” “Kapital Bazarlarının imkanları”, “Fond Birjasında Listinq”, “Qiymətli kağızları kütləvi ticarət olunan Şirkət Olmağın Üstünlükləri”, “IPO”, “İnvestisiya Qərarlarında Mühasibat Uçotunun Rolu”, “Kapital Bazarlarında ticarət (simulyasiya oyunu)” mövzularında öz bilik və təcrübələrini təlim iştirakçıları ilə bölüşəcəklər. Təlimlər 28 oktyabr 2016-cı il tarixinədək davam edəcək.

Təlimin ilk günüdə Vüqar Namazov “Azərbaycan Kapital Bazarı” və BFB-nin Ticarət və Üzvlük Qrupunun rəhbəri Rəxşəndə Əlili  “Kapital Bazarları alətləri və ticarətin təşkili” mövzularında master-klass mühazirəsi ilə çıxış etmişlər

 

3.

 

dsc01975

 

1

 

4

 

dsc01949