Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Koreya Birjası nümayəndə heyətinin səfəri davam etməkdədir

Korporativ xəbərlər

14 dekabr 2015-ci il tarixindən etibarən “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsi çərçivəsində “Kapital Bazarı İnfrastrukturunun Müasirləşdirilməsi və Avtomatlaşdırılması” komponenti üzrə əldə olunmuş razılığa əsasən Koreya Birjasının nümayəndə heyəti Bakıda işçi səfərdədir.

Layihənin 2016-cı ilin fevral ayınadək davam edəcək bu mərhələsi ərzində QKDK, Milli Depozit Mərkəzi və Bakı Fond Birjasının mütəxəssisləri ilə birlikdə  proqram təminatının sınaq işləri, eyni zamanda Koreya Birjasının əməkdaşları tərəfindən sistemlər üzrə yerli mütəxəssislərə istifadəçi təlimləri keçiriləcəkdir.

Qeyd edək k, qiymətli kağızlarla vahid Ticarət, Post Ticarət və Nəzarət sisteminin 2016-cı ilin birinci yarısında istifadəyə veriləcəyi planlaşdırılmışdır.