Repo bazarı

Tərəflər arasında dövlət və korporativ qiymətli kağızları ilə repo və əks-repo əməliyyatları bağlanıldığı bazardır.

  • Korporativ qiymətli kağızlarla REPO əməliyyatları barədə qısa məlumat

    Repo bazarı Bazar iştirakçıları üçün qısamüddətli borc cəlb etmə imkanları təqdim edir. Bazar iştirakçıları burada öz aralarında repo əməliyyatları bağlayaraq qısamüddətli maliyyə ehtiyaclarını təmin edə bilərlər.

    Repo əməliyyatı – Repo predmeti olan investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılmasıdır (alınmasıdır).

    Repo əməliyyatı repo açılış əqdi və Repo bağlanış əqdi olmaqla iki hissədən ibarətdir:
    - Repo açılış əqdi Repo əməliyyatının birinci hissəsi olmaqla, investisiya qiymətli kağızların satılması (alınması) üzrə Birjanın ticarət sistemində bağlanılmış əqddir;

    - Repo bağlanış əqdi Repo əməliyyatının ikinci hissəsi olmaqla, investisiya qiymətli kağızlarının geri satın alınması (satılması) üzrə Birjanın ticarət sistemində bağlanılmış əqddir.

    Repo əməliyyatlarının iştirakçıları qismində BFB və klirinq təşkilatı (Milli Depozit Mərkəzi) ilə Repo Baş Razılaşması imzalamış birja üzvləri çıxış edirlər. Repo Baş Razılaşması Repo əməliyyatlarının aparılmasının əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini, məsuliyyətini müəyyənləşdirən müqavilədir.

    Repo əməliyyatının tərəfləri qimində adətən banklar çıxış edir. Repo alıcısı Repo açılış əqdi zamanı qiymətli kağızların alıcısı qismində, Repo bağlanış əqdi zamanı qiymətli kağızların satıcısı qismində çıxış edən Repo əməliyyatının iştirakçısıdır. Repo satıcısı isə Repo açılış əqdi zamanı qiymətli kağızların satıcısı qismində, Repo bağlanış əqdi zamanı qiymətli kağızların alıcısı qismində çıxış edən Repo əməliyyatının iştirakçısıdır.

    Korporativ REPO əməliyyatları üzrə baza aktivləri (reponun predmeti) Dövlət Qiymətli kazğıları, Azərbaycan İpoteka Fondu tərəfindən buraxılmış İpoteka istiqrazları və BFB-də maket meyker tərəfindən likvidliyi təmin edilmiş Korporativ istiqrazlar ola bilər.
    Repo açılış əqdi tarixi ilə Repo bağlanış əqdi tarixi arasındakı müddət Repo müddətini təşkil edir. Repo əməliyyatlarının həyata keçirilməsinin müddəti Repo iştirakçıları tərəfindən müəyyən olunur.
    Repo əməliyyatının gəlirliliyi və ya repo faiz dərəcəsi repo açılış əqdinin qiyməti və repo bağlanış əqdinin qiyməti arasındakı fərqdən formalaşır.

    Repo ticarəti Birjanın ticarət reqlamentinə uyğun olaraq həyata keçirilir. Repo sifarişləri növünə görə limitli sifariş və bazar sifarişi ola bilər.
    BFB-də Korporativ REPO ticarətinin təşkili barədə daha ətraflı məlumatı aşağıdakı keçidlərdə və ya bizimlə əlaqə saxlayaraq əldə etmək olar.

Fayllar

  • Repo_predmeti_siyahi