Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Listinq Məsləhət Proqramı” üzrə Əməkdaşlıq haqqında Sazişə yeni tərəfdaş qoşulmuşdur

Korporativ xəbərlər

Kapital bazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə yeni tərəfdaş olaraq audit şirkəti olan “RSM Azərbaycan” şirkəti qoşulmuşdur.

Əməkdaşlıq haqqında Sazişə əsasən RSM Azərbaycan, müştəri portfelində olan və maliyyə cəlb etmək istəyən şirkətləri LMP-yə yönəldəcək (hazırda BFB ilə birgə şirkətlərin siyahısı müəyyənləşdirilir), LMP çərçivəsində BFB-yə müraciət etmiş Emitentlərə kapital bazarından maliyyələşmə istiqamətində ödənişsiz tövsiyyə və  təlim xidmətləri təqdim edəcək, həmçinin BFB-yə kapital bazarları vasitəsi ilə alternativ maliyyələşmə alətləri/mexanizmləri yaratmaqda köməklik göstərəcək

16 aprel 2014-cü ildə təqdimatı keçirilən LMP layihəsinin RSM Azərbaycan da daxil olmaqla hazırda 12 (on iki) tərəfdaşı mövcuddur: KPMG, Baker&Tilly, PwC və EY audit şirkətlərinin Azərbaycan ofisləri; Dentons və Baker&McKenzie hüquq şirkətlərinin Azərbaycan ofisləri, Yüksək Texnologiyalar Parkı, investisiya şirkətləri olan Paşa Kapital MMC, İnvest-AZ MMC, AzFinance İnvest MMC və Unicapital ASC.

Qeyd edək ki, Listinq Məsləhət Proqramı Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş  “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi və Bakı Fond Birjasının müvafiq strategiyasına uyğun həyata keçirilir.

Listinq Məsləhət Proqramı çərçivəsində kapital bazarından maliyyələşmək niyyətində olan şirkətlərə bu sahədə Bakı Fond Birjasının habelə, digər peşəkarların – auditorların, broker şirkətlərinin, hüquq, ictimaiyyətlə əlaqələr üzrə ixtisaslaşmış şirkətlərin peşəkar və tam ödənişsiz əsaslarla məsləhət xidmətləri nəzərdə tutulub. Proqram kapital bazarlarından maliyyələşmə imkanlarının təşviqi, şirkətlərin təlimi və potensial emitentlərə əlverişli şərtlərlə uzunmüddətli və ucuz maliyyə resurslarına çıxış istiqamətində kömək göstərilməsi tədbirlərini əhatə edir.