Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Listinq Məsləhət Proqramı” üzrə Kollektiv Sazişə yeni tərəfdaş qoşulmuşdur

Korporativ xəbərlər

13 mart 2015-ci il tarixindən etibarən, kapital bazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə yeni tərəfdaş olaraq broker şirkəti olan “Unicapital”ASC şirkəti qoşulmuşdur.

Kollektiv Sazişə əsasən tərəfdaş seçilmiş şirkət, LMP çərçivəsində BFB-yə müraciət etmiş Emitentlərə kapital bazarından maliyyələşmə istiqamətində ödənişsiz tövsiyyə və  təlim xidmətləri təqdim edir.

16 aprel 2014-cü ildə təqdimatı keçirilən LMP layihəsinin hazırda 12 (on iki) tərəfdaşı mövcuddur: KPMG, Baker&Tilly, PwC və EY audit şirkətlərinin Azərbaycan ofisləri; Dentons və Baker&McKenzie hüquq şirkətlərinin Azərbaycan ofisləri, broker şirkətləri olan Paşa Kapital MMC, Standard Kapital MMC, İnvest-AZ MMC, Çelsi Kapital MMC, AzFinance İnvest MMC və Unicapital ASC.

Qeyd edək ki, Listinq Məsləhət Proqramı Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş  “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi və Bakı Fond Birjasının müvafiq strategiyasına uyğun həyata keçirilir.

Listinq Məsləhət Proqramı çərçivəsində kapital bazarından maliyyələşmək niyyətində olan şirkətlərə bu sahədə Bakı Fond Birjasının habelə, digər peşəkarların – auditorların, broker şirkətlərinin, hüquq, ictimaiyyətlə əlaqələr üzrə ixtisaslaşmış şirkətlərin peşəkar və tam ödənişsiz əsaslarla məsləhət xidmətləri nəzərdə tutulub. Proqram kapital bazarlarından maliyyələşmə imkanlarının təşviqi, şirkətlərin təlimi və potensial emitentlərə əlverişli şərtlərlə uzunmüddətli və ucuz maliyyə resurslarına çıxış istiqamətində kömək göstərilməsi tədbirlərini əhatə edir.