Tariflər

Bakı Fond Birjasında əməliyyat tarifləri BFB-nin İdarə Heyəti tərəfindən müəyyən olunur.

Listinq tarifləri

“Bakı Fond Birjası” QSC-də qiymətli kağızların listinqdə saxlanılması üzrə tariflər

Bazar seqmenti   Listinqdə saxlanılması üzrə illik xidmət haqqı
Əsas bazar   1000 manat
Standart bazar   500 manat
Alternativ bazar   Emitentin müraciəti əsasında qiymətli kağızlar listinqə daxil edildikdə, 200 manat
Listinqdə saxlanılması üzrə illik xidmət haqqından azad olunan emitentlər və qiymətli kağızlar
Bələdiyyələr, yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları tərəfindən buraxılmış dövlət təminatlı istiqrazlar
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılmış dövlət təminatlı istiqrazlar
Bank Nəzarəti üzrə Bazel Komitəsi tərəfindən tövsiyyə edilən Bazel II prinsiplərinə uyğun olaraq sıfır riskli və ya risksiz hesab edilən istiqrazlar
Azərbaycan Respublikasının mühüm iştirak payına (51%) sahib olduğu səhmdar cəmiyyətlər

Tariflər Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə şamil olunmur.

Səhmləri Əsas və ya Standart bazarda listinqdən keçmiş Emitent istiqrazlarını müvafiq olaraq Əsas və ya Standart bazarda listinqdən keçirdikdə, müvafiq bazar üçün nəzərdə tutulmuş istiqrazların saxlanılmasına dair illik xidmət haqqını bir il üzrə ödəyir.