Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

LMP çərçivəsində Atəşgah Sığorta və Atəşgah Həyat Sığorta şirkətləri ilə birja üzvü olan investisiya şirkətləri arasında görüş keçirilmişdir

Korporativ xəbərlər

14 İyun 2018-ci il tarixində “Listinq Məsləhət Proqramı”-nın (LMP)  növbəti mərhələsi olaraq birja üzvü olan investisiya şirkətləri ilə “Atəşgah Sığorta” və “Atəşgah Həyat Sığorta” şirkətləri arasında ilk görüş keçirilmişdir.

Görüş zamanı Atəşgah Sığorta qrupunun cari fəaliyyəti, maliyyə vəziyyəti və gələcək biznes planları haqqında geniş təqdimat olmuşdur. Əlavə olaraq mövzu ilə bağlı investisiya şirkətlərini maraqlandıran digər məsələlər haqqında ətraflı müzakirələr aparılmışdır.

Görüşdə İnvest-AZ, PSG Kapital, Xalq Kapital, Paşa Kapital,  Unikapital-ın nümayəndələri ilə Atəşgah Sığorta qrupunun heyəti arasında şirkətin kapital bazarlarından maliyyələşmə imkanları, onların dəyərləndirilməsi, optimal alətlərin seçilməsi, investorlar üçün təklifin hazırlanması və s. bu istiqamətdə atılacaq mümkün addımlar interaktiv formada fikir mübadiləsi aparılmışdır.

Xatırladaq ki, Atəşgah Sığorta və Atəşgah Həyat Sığorta şirkətləri BFB-nin təşkil etdiyi Azərbaycan kapital bazarlarından maliyyələşmənin təşviqi və bu istiqamətdə şirkətlərə dəstək göstərilməsinə yönəlmiş “Listinq Məsləhət Proqramı”na qoşulmuşdur. Bu münasibətlə, 5 İyun 2018-ci il tarixində BFB ilə Atəşgah Sığorta və Atəşgah Həyat Sığorta şirkətlərinin“Listinq Məsləhət Proqramı” (LMP)-na qoşulması haqqında saziş imzalanmışdır.

Kapital bazarlarına çıxış imkanlarını artıran LMP-yə əsasən BFB və Atəşgah Sığorta arasında hazırlanmış fəaliyyət planına uyğun olaraq növbəti mərhələlər haqqında məlumatlar açıqlanacaqdır.