Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

London Fond Birjasının nümayəndəsi ilə görüş keçirilmişdir

Korporativ xəbərlər

3 iyul 2018-ci il tarixində Bakı Fond Birjası (BFB) ilə London Fond Birjasının birgə əməkdaşlıq çərçivəsində şirkətlərin yerli kapital bazarları vasitəsilə maliyyələşmə imkanlarının genişləndirilməsi istiqamətində bazar iştirakçıları ilə görüş keçirilmişdir.

Tədbir çərçivəsində maliyyələşmənin təşviqi istiqamətində London Fond Birjasının nümayəndəsi tərəfindən “Elite” proqramı imkanlarından istifadə etməklə Bakı fond Birjasının Listinq Məsləhət Proqramının imkanlarının genişləndirilməsi barədə məlumat verilmişdir.

BFB Listinq Məsləhət Proqramının xidmətlərinin, tərəfdaşlarının və əhatə dairəsinin genişlənməsi istiqamətində fəaliyyətini davam etdirir.