Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək

Ticarət xəbərləri

15 avqust 2017-cı il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü DQİ
Qiymətli kağızın ISIN kodu AZ0101018544
Emissiya həcmi 10 000 000
Nominal dəyəri 100
İstiqrazların tədavül müddəti 91 gün
Ödəmə tarixi 14.11.2017
Anderrayter Paşa Kapital İŞ QSC

 

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.