Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Ticarət xəbərləri

29 may 2018-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü Faizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu AZ0106009696
Emissiya həcmi 15 000 000 AZN
Nominal dəyəri 100 AZN
İstiqrazların tədavül müddəti 1092 gün
Faiz ödənişləri (olduqda) 27 noyabr 2018-ci il, 28 may 2019-cu il, 26 noyabr 2019-cu il, 26  may 2020-ci il, 24 noyabr 2020-ci il, 25 may 2021-ci il

 

Faiz gəliri 9 %
Ödəmə tarixi 25.05.2021
Anderrayter Paşa Kapital İŞ QSC

 

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.