Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

03 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0101025549 ISIN-li, 10 mln. manat həcmində, 91 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı  98.0656 AZN (7.9998%) və 98.9025 AZN (4.5003%) olan 20 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.9025 AZN (4.5003%), orta ölçülmüş qiyməti 98.9025 AZN (4.5003%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 32 454 200,00 yerləşdirilmiş həcmi isə 10 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi – 02 yanvar 2018-cu  il.

Hərrac iştirakçıları 04 oktyabr 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.