Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

24 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105009556 ISIN-li, 5 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 6 investor tərəfindən qiyməti intervalı 100.0000 AZN (15.0000%) və 110.9547 AZN (8.9000%) olan 10 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 109.0526 AZN (9.9000%), orta ölçülmüş qiyməti 110.6120 AZN (9.0785%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 13 151 800,00 yerləşdirilmiş həcmi isə 5 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi – 22 oktyabr 2019-cu  il.

Hərrac iştirakçıları 25 oktyabr 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.