Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

31 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106001644 ISIN-li, 20 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 9 investor tərəfindən qiyməti intervalı 93.2925 AZN (17.9900%) və 112.6892 AZN (10.0000%) olan 19 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 105.0909 AZN (12.90000%), orta ölçülmüş qiyməti 112.2026 AZN (10.1780%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 59 038 800,00 yerləşdirilmiş həcmi isə 20 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi – 27 oktyabr 2020-ci  il.

Hərrac iştirakçıları 01 noyabr 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.