Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

15 avqust 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0101018544 ISIN-li, 10 mln manat həcmində, 91 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 97.6500 AZN (9.7599%) və 98.1367 AZN (7.7001%) olan 19 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 198.1130 AZN (7.8000%), orta ölçülmüş qiyməti 98.1161 AZN (7.7869%) müəyyən edilmişdir. İstiqrazların nominal qiymətlə ümumi məbləği 36,217,800.00 AZN, yerləşdirilmiş həcmi isə 10 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi – 14 noyabr 2017-ci il.

Hərrac iştirakçıları 16 avqust 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.