Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

28 noyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0102029540 ISIN-li, 30 mln. manat həcmində, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən 27 sifariş təqdim edilmişdir. Sifarişlərin qiymət intervalı 94.0008 AZN (12.8699%) və 98.8274 AZN (2.3926%) olmuşdur. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 88 262 900,00 AZN olmuşdur.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.9554 AZN (8.50000%), orta ölçülmüş qiyməti 98.0418 AZN (4.0277%) müəyyən edilmişdir. Hərrac nəticəsində  istiqrazların yerləşdirilmiş həcmi  30 000 000 AZN  təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi – 29 may 2018-cu  il.

Hərrac iştirakçıları 29 noyabr 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.