Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

05 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106004648 ISIN-li, 20 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 7 investor tərəfindən qiyməti intervalı 86.5422 AZN (18.0000%) və 102.4977 AZN (11.0000%) olan 13 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (12.0000%), orta ölçülmüş qiyməti 100.9205 AZN (11.6277%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 55,351,400.00 yerləşdirilmiş həcmi isə 20 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi – 01 dekabr 2020-ci  il.

Hərrac iştirakçıları 6 dekabr 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.