Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

12 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105005646 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 6 investor tərəfindən qiyməti intervalı 91.7196 AZN (16.6001%) və 100.1754 AZN (10.9000%) olan 11 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.3013 AZN (15.0000%), orta ölçülmüş qiyməti 95.7708 AZN (13.4825%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 31 263 200,00 yerləşdirilmiş həcmi isə 20 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi –10 dekabr 2019-ci  il.

Hərrac iştirakçıları 13 dekabr 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.