Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

13 fevral 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105002692 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti intervalı 93.3013 AZN (15.0000%) və 102.6749 AZN (9.5000%) olan 29 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.7729 AZN (10.0000%), orta ölçülmüş qiyməti 101.7886 AZN (9.9912%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 128 238 800,00 yerləşdirilmiş həcmi isə 30 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  11 fevral 2020-ci  il.

Hərrac iştirakçıları 14 fevral 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.