Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

 

27 mart 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106005694 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 92.624 AZN (12.00%) və 101.3261 AZN (8.49%) olan 19 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.4621 AZN (10.0000%), orta ölçülmüş qiyməti 98.6170 AZN (9.5409%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 034 300,00 AZN yerləşdirilmiş həcmi isə 15 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  23 mart 2021-ci  il.

Hərrac iştirakçıları 28 mart 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.