Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

10 aprel 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105006693 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 93.0697 AZN (12.0000%) və 100.0363 AZN (7.9800%) olan 21 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.00 AZN (8.0000%), orta ölçülmüş qiyməti 100.0029 AZN (7.9984%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 107 743 600,00 AZN yerləşdirilmiş həcmi isə 30 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  07 aprel 2020-ci  il.

Hərrac iştirakçıları 12 aprel 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.