Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

22 may 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104004681 ISIN-li, 35 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 90.9544 AZN (9.9999%) və 93.4915 AZN (6.9999%) olan 27 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.1210 AZN (8.6000%), orta ölçülmüş qiyməti 92.4764 AZN (8.1805%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 163 993 200,00AZN, yerləşdirilmiş həcmi isə 35 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  21 may 2019-cu  il.

Hərrac iştirakçıları 23 may 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.