Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

10 iyul 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105011693 ISIN-li, 35 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 96.4540 AZN (10.0000%) və 100.0000 AZN (8.0000%) olan 18 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.3304 AZN (8.9300%), orta ölçülmüş qiyməti 99.4168 AZN (8.3225%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 76 257 100,00 AZN, yerləşdirilmiş həcmi isə 35 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  07 iyul 2020-ci  il.

Hərrac iştirakçıları 11 iyul 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.