Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

24 iyul 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106012690 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 7 investor tərəfindən qiyməti intervalı 93.8048 AZN (11.5000%) və 100.0000 AZN (9.0000%) olan 12 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.4897 AZN (10.8000%), orta ölçülmüş qiyməti 97.6330 AZN (9.9316%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 18 195 300 AZN, yerləşdirilmiş həcmi isə 15 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  20 iyul 2021-ci  il.

Hərrac iştirakçıları 25 iyul 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.