Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

11 sentyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0102008684 ISIN-li, 10 mln. manat həcmində, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti intervalı 94.3543 AZN (12.0661%) və 97.1106  AZN (6.0000%) olan 23 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.4148 AZN (7.4986), orta ölçülmüş qiyməti 96.4633 AZN (7.3935%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 46 160 200, 00 AZN, yerləşdirilmiş həcmi isə 10 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  12 mart 2019-cu  il.

Hərrac iştirakçıları 12 mart 2019-cu il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.