Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

9 oktyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105015694 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 6 investor tərəfindən qiyməti intervalı 93.0697 AZN (12.0000%) və 101.8365 AZN (7.0000%) olan 10 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.1817 AZN (7.9000%), orta ölçülmüş qiyməti 101.8035 AZN (7.0177%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 43, 802, 500, 00 yerləşdirilmiş həcmi isə 30 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  06.10.2020-ci il.

Hərrac iştirakçıları 10 oktyabr 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.