Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

22 Yanvar 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104001745 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 90.9544 AZN (9.9999%) və 93.4000 AZN (7.1053%) olan 17 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.8526 AZN (7.7399%), orta ölçülmüş qiyməti 92.8771 AZN (7.7114%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 75,164,200.00 AZN yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  21 yanvar 2020-ci  il.

Hərrac iştirakçıları 23 yanvar 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.